İrandan Azərbaycana gələn şəxs narkotiklə tutuldu

İrandan Azərbaycana gələn şəxs narkotiklə tutuldu
  01 Noyabr 2019    Oxunub:1503
Gömrükçülər narkotik vasitə aşkar ediblər.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı özünü şübhəli apardığına görə saxlanılıb və şifahi sorğu-sual olunub.

O, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib. Şəxsi yoxlama zamanı isə onun üzərindəki cins şalvarının bel hissəsindən 1 bükümdə, ümumi çəkisi 2 qram olan qəhvəyi rəngli, narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK   Gömrük   Narkorik  





Xəbər lenti