Salyanda ər 36 yaşlı arvadını öldürüb
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. İlkin istintaqla hadisənin qadının əri, Salyan rayon sakini, 1982-ci il təvəllüdlü Nahid Huseynov tərəfindən ailə münaqişəsi zəminində bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
N.Huseynov şübhəli şəxs qismində istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Azvision.az
Teqlər: Salyan Baş-Prokurorluq