“Mənə sui-qəsd olsa, Melaniya ağlamaz” - Trampın etirafı

“Mənə sui-qəsd olsa, Melaniya ağlamaz” -  Trampın etirafı
  01 Noyabr 2019    Oxunub:9024
ABŞ prezidenti Donald Tramp hər hansı sui-qəsdə məruz qalacağı təqdirdə həyat yoldaşı Melaniya Trampın çox da üzülməyəcəyini deyib.

Azvision.az “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Respublikaçılar Partiyasının tədbirində çıxışı zamanı bildirib.
Tramp Nümayəndələr Palatasının respublikaçı təmsilçisi Steve Skalisin 2017-ci ildə senatorların beysbol oynadığı sahəyə silahlı hücum zamanı vurulmasından danışıb. O, Skalisin çox sərt xarakterli olduğunu deyərək, həyat yoldaşının xəstəxanada necə ağladığını unuda bilmədiyini vurğulayıb.

Tramp daha sonra deyib: “Hər kəsin həyat yoldaşı yaşanan faciəyə eyni cür reaksiya vermir, mənimkinin də (Melaniya) belə etməyəcəyini bilirəm".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Tramp   ABŞ  





Xəbər lenti