Bakının bəzi yollarında hərəkət çətinləşib - VİDEO

 Bakının bəzi yollarında hərəkət çətinləşib -  VİDEO
  01 Noyabr 2019    Oxunub:2729
"Yolun hərəkət hissəsində aparılan təmir-tikinti işlərinin vaxtında yekunlaşmaması, eyni zamanda təmir müddətində nəqliyyat vasitələrinin hərəkəti üçün uyğun şəraitin yaradılmaması sonda çətinliklərə səbəb olur".
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun sözlərinə görə, mövcud vəziyyətdən ən çox əziyyəti ictimai nəqliyyatdan istifadə edən sərnişinlər çəkir:

"Bu cür problemlər avtobusların istismar müddətinin azalmasına və amartizasiya xərclərinin artmasına gətirib çıxarır. Şəhər mərkəzindən “20-ci sahə” adlanan əraziyə gedən yolda olduğu kimi, yolun hərəkət hissəsində aparılan işlərin yekunlaşmaması səbəbindən müntəzəm marşrut xətt avtobusları, xüsusən də BakuBus MMC-yə məxsus avtobusların hərəkəti çətinləşib. Təəssüf ki, analoji hallar bir çox küçələrdə var", - deyə BNA rəsmisi qeyd edib.



Azvision.az


Teqlər: Avtobus   BNA   Bakubus  





Xəbər lenti