Ankaradan Fransaya etiraz - Səfir XİN-ə çağırıldı

  Ankaradan Fransaya etiraz -    Səfir XİN-ə çağırıldı
  01 Noyabr 2019    Oxunub:2209
Fransanın Ankaradakı səfiri Çarles Fries Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, diplomata Fransa parlamentinin “Barış Pınarı” əməliyyatı haqqında qəbul etdiyi qərarla əlaqədar rəsmi Ankaranın etirazı çatdırılıb.

Xatırladaq ki, ötən gün Fransa parlamenti Türkiyənin Suriyanın şimalında apardığı "Barış Pınarı" antiterror hərəkatını pisləyən simvolik qanun layihəsini qəbul edib. Türkiyə XİN buna etiraz olaraq bəyanat yayıb.

Azvision.az



Teqlər: Fransa   Türkiyə  





Xəbər lenti