Müsavat Milli Şuranın qanunsuz aksiyasını dəstəkləmir

  31 Oktyabr 2019    Oxunub : 2722
Müsavat Milli Şuranın qanunsuz aksiyasını dəstəkləmir
“Cəmil Həsənli 2 noyabr mitinqini təxirə salmağı təklif edib. Zənnimcə, doğru addımdır. Ümumiyyətlə, mitinqin belə erkən vaxta təyin olunması tələsik və o qədər də uğurlu olmayan addım idi”.
Azvision.az xəbər verir ki, bunu Müsavat başqanlığına namizəd olmuş partiya funksioneri Yadigar Sadıqlı deyib.

O, Milli Şura sədri Cəmil Həsənlinin təşkilatın noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanın təxirə salınması barədə təklifini dəstəklədiyini bildirib.

Qeyd eədk ki, MŞ sədri Cəmil Həsənli təşkilatın noyabrın 2-nə təyin etdiyi icazəsiz aksiyanın təxirə salınmasını təklif edib. O icazəsiz aksiyanın təxirə salınması üçün Milli Şuranın Koordinasiya Mərkəzini və AXCP-ni təcili müzakirə aparmağa çağırıb.

Azvision.az

Teqlər: Müsavat   Aksiya