Azərbaycan 10 ölkəyə ekspert yardımı göstərməyə hazırdır

Azərbaycan 10 ölkəyə ekspert yardımı göstərməyə hazırdır
  31 Oktyabr 2019    Oxunub:1484
Azərbaycan gənclər və idman naziri Azad Rəhimov dopinq proqramlarının beynəlxalq standartlara uyğun olmayan 10 ölkəyə ekspert yardımı göstərməyə hazır olduğunu bildirib.
Gənclər və idman nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın Azvision.az -a verdiyi məlumata görə, o, bu fikirləri BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) 7-ci sessiyasında səsləndirib.

Təklif müxtəlif ölkələr tərəfindən müsbət qarşılanaraq, çox yüksək dəyərləndirilib.

Sessiyada müxtəlif ölkələrin idman strukturlarının rəhbərləri, beynəlxalq idman təşkilatlarının və digər qurumların nümayəndələri iştirak ediblər.

Səfəri çərçivəsində A.Rəhimov UNESCO-nun baş direktorunun Humanitar və Sosial elmər üzrə müavini Nada al-Naşif, Ümumdünya Anti Dopinq Agentliyinin (WADA) yeni seçilmiş prezidenti, Polşanın idman və turizm naziri Vitold Banka, Avropa Şurasının İdman Konvensiyalarının direktoru Sergey Xriçikov, Rusiya Federasiyasının idman naziri Pavel Kolobkov, Səudiyyə Ərəbistanı şahzadəsi Fahad bin Jalawi al Saud və digərləri ilə bir sıra ikitərəfli görüşlər keçirib.

Tədbirin açılışında, eyni zamanda, idmanda dopinqinlə mübarizə və beynəlxalq əməkdaşlıq mövzusuna dair panel müzakirələrdə çıxış edən nazir A. Rəhimov Azərbaycanın idman sahəsində qazandığı geniş təcrübə haqqında söz açıb və ölkəmizlə beynəlxalq strukturların idman əlaqələrinin genişləndirmə imkanlarını müzakirə edib.

Azvision.az


Teqlər: Azad-Rəhimov   Nazir  





Xəbər lenti