Rüstəm Usubov vətəndaşları qəbul edəcək

Rüstəm Usubov vətəndaşları qəbul edəcək
  31 Oktyabr 2019    Oxunub:1572
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokurorun birinci müavini Rüstəm Usubov noyabrın 8-də saat 10:00-da Ağcabədi rayon prokurorluğunun inzibati binasında Ağcabədi və Laçın rayonlarının sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağcabədi rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Azvision.az



Teqlər: Rüstəm-Usubov   Baş-Prokurorluq  





Xəbər lenti