İŞİD-in gizli mühasibatlığı üzə çıxdı

  31 Oktyabr 2019    Oxunub : 1041
 İŞİD-in gizli mühasibatlığı üzə çıxdı
ABŞ ordusu tərəfindən məhv edilmiş İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi digər döyüşçülərə Suriyanın İdlib şəhərində villada sığınacaq almaq üçün pul verib.
Azvision.az xəbər verir ki, bu barədə "The New York Times" əl-Bağdadinin qətlə yetirildiyi hadisə yerindən tapılmış ödəniş qəbzlərinə əsasən məlumat yayıb.

"Ödəniş qəbzlərinin İŞİD-in mühasibat şöbəsinə aid olduğu təsdiq edilib. Onlar 2017-ci ilin əvvəlindən 2018-ci ilin ortalarına qədər çap edilib. Yoxlamalardan məlum olur ki, əl-Bağdadi “Əl-Qaidə” terror təşkilatının bir qolu və İslam Dövlətinin düşməni olan “Xurras əl-Din” üzvlərinə ən azı 67 min dollar ödəyib. Qəbzlər İŞİD-in “Təhlükəsizlik Nazirliyinin” möhürü altında verilib və “Xurras əd-Din”dən olan şəxslər tərəfindən imzalanıb.

İki amerikalı rəsmi “Xurras əd-Din” üzvlərinin çoxdan İŞİD liderinin olduğu yerləri gizli saxladığını söyləyib. Lakin sonda əl-Bağdadi yaxın etibarlı şəxslərdən biri tərəfindən təslim edilib", - məlumatda bildirilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İŞİD   Bağdadi