"Ən böyük zərbə ABŞ-ın regiondakı maraqlarına vurulur" - Komitə sədri
Komitə sədri bildirib ki, Azərbaycan həmişə Türkiyənin yanındadır:
"Siyasiləşmiş qərarların qəbul edilməsi regionda vəziyyəti daha da gərginləşdirməyə xitməd edir. “Erməni soyqırımı” barədə qərar layihəsini Nümayəndələr Palatasına təqdim edənlər və dəstəkləyənlər “Dağlıq Qarabağın xarici işlər naziri” ilə Konqresdə görüşlər keçirib, dinləmələr təşkil edənlərdir. Bu məsələlər bir-biri ilə bağlıdır. Bütün bunlar həm Türkiyə, həm də Azərbaycana ciddi təsir göstərən məsələlərdir. Konqresdə “Artsax” adı altında dinləmələrin təşkil edilməsi ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi nüfuzuna ciddi mənfi təsir göstərir. ABŞ Azərbaycanla münasibətlərdə obyektiv tərəf kimi özünü göstərib".
S.Seydiov qeyd edib ki, Konqres tərəfindən belə addımların atılması ABŞ-ın regiondakı maraqlarına ziddir:
"Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi Nümaynədələr Palatasında qəbul edilən qərarı pisləyirəm. Düşünürəm ki, bu, erməni lobbisinin Azərbaycan-ABŞ münasibətlərinə zərbə vurmaq cəhddidir. Həmin dinləmələrə gələn də yox idi, 10-15 nəfər iştirak edib. Konqresdə “Artsax” adı altında dinləmələrdə iştirak edənlər də Nümayəndələr Palatasına qondarma “soyqırım” barədə layihə təqdim edənlərdir”.
O əlavə edib ki, Azərbaycan və ABŞ münsibətləri yüksək səviyyədədir, ABŞ-ın Azərbaycanın enerji layihələrinə dəstəyi göz qabağındadır:
“Amma Konqresdə fəaliyyət göstərən ermənipərəst qüvvələr Azərbaycan və Türkiyəyə zərbə vurmağa çalışmaqla bərabər, ən böyük zərbəni ABŞ-ın regiondakı maraqlarına vururlar”.
Azvision.az
Teqlər: SəmədSeyidov Komitə Sədr