Bakı polisindən mitinqə görə jurnalistlərə müraciət

Bakı polisindən mitinqə görə jurnalistlərə müraciət
  31 Oktyabr 2019    Oxunub:3780
Aksiyada iştirak edəcək KİV nümayəndələri Mətbuat Şurasının təqdim etdiyi jurnalist gödəkçələrindən istifadə etməlidir.

Bunu Azvision.az -a açıqlamasında Bakı Şəhər Baş Polis idarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, üzərində "press" yazılmış gödəkçələr jurnalistlərin təhlükəsizliyi və aksiya iştirakçılarından seçilməsi baxımından önəmlidir: "Jurnalist gödəkçələri vasitəsilə mətbuat nümayəndələri aksiya iştirakçılarından fərqlənirlər. Jurnalistlər aksiya iştirakçılarından seçilməlidir. Tövsiyyə olunur ki, mətbuat nümayəndələri aksiya zamanı həmin gödəkçələrdən istifadə etsinlər".

Qeyd edək ki, özünü Milli Şura adlandıran müxalif təşkilatın noyabrın 2-də Bakıda qanunsuz aksiya keçirəcəyi bildirilir.

Bəxtiyar Məmmədov
Azvision.az



Teqlər: Mitinq   Polis   Jurnalist  





Xəbər lenti