Mətbuat Şurasından mitinqdəki saxta jurnalistlərə xəbərdarlıq

Mətbuat Şurasından mitinqdəki saxta jurnalistlərə xəbərdarlıq
  31 Oktyabr 2019    Oxunub:1158
Milli Şuranın oktyabrın 19-da keçirməyə çalışdığı qanunsuz aksiya zamanı jurnalist gödəkçələri geyinmiş saxta KİV nümayəndələri aşkar edilib. Mətbuat Şurasının apardığı monitorinq zamanı həmin şəxslərin jurnalist olmadığı üzə çıxıb.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bununla bağlı Azvision.az-a açıqlamasında bildirib ki, kustar üsullarla hazırlanmış gödəkçələri geyinərək mitinqdə peyda olan "jurnalistlər" əslində aksiya iştirakçılarıdır.

"Onlar aksiya zamanı hər hansısa bir çətinliyə düşdükdə Mətbuat Şurası bu şəxslərlə bağlı heç bir məsuliyyət daşımır. Bu şəxslərin fəaliyyəti məhdudlaşanda və ya polis tərəfindən saxlanıldığında, biz hər hansı tədbir görməyəcəyik. Yaxşı olardı ki, hər kəs özünə görə davransın".

Bəxtiyar Məmmədov
Azvision.az



Teqlər: Mətbuat-Şurası   Mitinq  





Xəbər lenti