Nazir plastik torba qadağasına aydınlıq gətirdi

Nazir plastik torba qadağasına aydınlıq gətirdi
  31 Oktyabr 2019    Oxunub:1770
Plastik torbalardan istifadənin mərhələli şəkildə məhdudlaşdırılması və alternativ materiallardan istifadənin genişləndirilməsi üçün tədbirlər görülür.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasının (YAP) Qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda yüngül çəkili polietilen torbaların dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər aidiyyəti qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib.

Nazir bildirib ki, qalınlığı 15-50 mikron olan polietilen torbaların ödənişli olması ilə bağlı sənəd layihəsi razılaşdırma mərhələsindədir.

"Plastiklə mübarizə aparmaq hədəf deyil, plastik tullantıların idarə olunması hədəfdir. İndi ətrafımızda istifadə etdiyimiz məmulatlar plastik materiallardır. İstehlakçılara qarşı tədbirlər görülməsi düzgün deyil, tullantıların düzgün istifadə edilməsi və təkrar emala qaytarılması hədəfimizdir. Çalışmalıyıq ki, nə polietilen paketlər ,nə plastik butulkalar təbiətə atılsın. Təkrar emal üçün müəssisə yaratmalıyıq. Proses budur və biz bununla məşğul oluruq. Özəl qurumları həvəsləndiririk ki, tullantıların emalı sahəsini yaratsınlar və inkişaf etdirsinlər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Muxtar-Babayev   ETSN  





Xəbər lenti