18 cinayətin üstü “isti izlər”lə açılıb

18 cinayətin üstü “isti izlər”lə açılıb
  31 Oktyabr 2019    Oxunub:1875
Ötən gün Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 18 cinayətin üstü “isti izlər”lə açılıb.
Bu barədə Azvision.az -a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin
olunub. Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxsqismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Cinayət   Statistika  





Xəbər lenti