“Ölkədə hər il 3.6 milyard kub metr su itkiyə gedir” - Nazir

  “Ölkədə hər il 3.6 milyard kub metr su itkiyə gedir” -    Nazir
  31 Oktyabr 2019    Oxunub:2201
"Ölkədə il ərzində su mənbələrindən götürülən 12.8 milyard kub metr suyun 3.6 milyard kub metr (28%) itkiyə gedir".

Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasının (YAP) Qərargahında keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, əsas su itkiləri torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir: "Suların dəqiq uçotunun aparılması, eləcə də tullantı suların təkrar dövriyyəyə qaytarılaraq texniki məqsədlər üçün istifadə olunmasına qədər bütün sistemin təkmilləşdirilməsi təklif olunur. Kənd təsərrüfatının inkişafı, suya təlabatı artırır ki, bu da çaylarda sululuğun azalmasına səbəb olur".

Nazir qeyd edib ki, kənd təsərrüfatında suyun qənaətlə istifadəsinə böyük hədəflər var: "İnanıram ki, növbəti il ərzində bununla bağlı ciddi proqramlar icra olunacaq. Su ehtiyatları tükənəndir və onu qənaətlə istifadə olunmasına nail olmalıyıq. Biz onun səmərəsiz istifadəsinin qarşısını almalıyıq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazir   MuxtarBabayev  





Xəbər lenti