Oktay Gülalıyev əməliyyat olunub - Yenilənib
Azvision.az xəbər verir ki, bu barədə həkim Adil Qeybulla məlumat verib. Onun sözlərinə görə, əməliyyat uğurlu keçib.
“Hazırda əməliyyat blokundadır, 20 dəqiqəyə reanimasiyaya yerləşdiriləcək. Onun kritik vəziyyətdən çıxması gözlənilir. Heç kimlə görüşməyə icazə verilmir. Yalnız ailə üzvlərindən biri, həyat yoldaşı görə bilər”.
***
(13:03)
"Hüquq müdafiəçisi Oqtay Gülalıyev əməliyyata hazırlanıb, ailə üzvləri əməliyyatın keçirilməsinə razılıq verməyib".
Bu barədə Azvision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Səhiyyə Nazirliyi City Hospitala Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib.
Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər. Hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb. Əməliyyatın gedişatı barədə məlumat veriləcək.
***
(12:00)
Hüquq müdafiəçisi Oktay Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Kiliniki Tibbi Mərkəzə gətirilib.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar.
"Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan "City Hospitala" köçürüblər. O.Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır".
Azvision.az
Teqlər: Oktay-Gülalıyev