ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı

 ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı
  30 Oktyabr 2019    Oxunub:2466
ABŞ-ın Ankaradakı səfiri David Satterfield Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, səfirə ABŞ Konqresinin Nümayəndələr Palatasında qondarma “erməni soyqırımı”na dair qəbul edilmiş qətnamə və "Barış pınarı" əməliyyatı ilə əlaqədar Türkiyəyə qarşı sanksiya tətbiqini təsdiqləyən qanun layihəsi ilə bağlı rəsmi şəkildə etiraz edilib.

ABŞ səfirinə bu qərarların Türkiyə hökuməti və türk xalqı üçün keçərli olmadığı, bunların iki ölkə arasındakı strateji tərəfdaşlığa uyğun gəlmədiyi deyilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   ABŞ   Səfir  





Xəbər lenti