Bakıya gələn Müdafiə nazirləri Şəhidlər Xiyabanında - FOTOLAR

  30 Oktyabr 2019    Oxunub : 1967
Bakıya gələn Müdafiə nazirləri Şəhidlər Xiyabanında - FOTOLAR
Bu gün səhər saatlarında Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Bakıda Şəhidlər Xiyabanını ziyarət ediblər.

Azvision.az -ın məlumatına görə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Mərasimdə Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstan Respublikasının Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistan Respublikasının Müdafiə naziri general-mayor Bahodir Kurbanov, Tacikistan Respublikasının Müdafiə naziri general-polkovnik Mirzo Şerali və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev iştirak ediblər.























Anar Kəlbiyev
FOTO: Şahin Sərdarov

Azvision.az

Teqlər: Şəhidlər-Xiyabanı