Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq

Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq
  30 Oktyabr 2019    Oxunub:2549
Ukraynanın Xarkov şəhərində Azərbaycanın mədəniyyət nümayəndəliyi açılacaq.
Azvision.az xəbər verir ki, bu barədə şəhər meri Gennadi Kerneslə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin görüşü zamanı bildirilib.

Görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlıq və Azərbaycan biznesinin Ukrayna iqtisadiyyatında iştirakı məsələləri də müzakirə olunub.

A.Xudiyev deyib: "Biz həqiqi təmas nöqtələrini tapmaq və qarşılıqlı faydalı müqavilələr imzalamaq üçün yaxın zamanda Ukraynada iqtisadi forum keçirməyi planlaşdırırıq”.

Qeyd edilib ki, Azərbaycan Mədəni-İnformasiya Mərkəzi noyabr ayının 8-də açılacaq.

Azvision.az



Teqlər: Ukrayna   Xarkov  





Xəbər lenti