Prezident teatr işçilərinə fəxri adlar verib - SİYAHI

   Prezident teatr işçilərinə fəxri adlar verib -    SİYAHI
  29 Oktyabr 2019    Oxunub:4494
Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Xalq artisti”

Abdullayev Kyazım Ənvər oğlu

Nurzadə Əli Qayıb oğlu

“Əməkdar artist”

Abdullayev Mətləb Fətəli oğlu

Babayeva Əminə Ağahüseyn qızı

Bəxtiyarov Rəşad Bəhram oğlu

Qarayev Elnar Cəfər oğlu.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Sərəncam   Teatr  





Xəbər lenti