Belarus Bakıya yeni hərbi attaşe göndərib

   Belarus Bakıya yeni hərbi attaşe göndərib
  29 Oktyabr 2019    Oxunub:1539
Belarus Azərbaycana yeni hərbi attaşe təyin edib
Azvision.az xəbər verir ki, Belarusun Müdafiə naziri, general-leytenant Andrey Ravkov yeni hərbi attaşe Andrey Kaptiloviçi oktyabrın 29-da Bakıda Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənova təqdim edib.

Z.Həsənov Belarusun yeni hərbi attaşesi polkovnik Andrey Kaptiloviçi bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək onun fəaliyyətinin iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan dostluq münasibətlərinin inkişafına yönələcəyinə əminliyini ifadə edib.

Azvision.az




Teqlər: Belarus   Attaşe  





Xəbər lenti