Erməni deputat Paşinyanın əksinə çıxış etdi

Erməni deputat Paşinyanın əksinə çıxış etdi
  29 Oktyabr 2019    Oxunub:1931
“Ermənistanın 2020-ci il dövlət büdcəsi heç də inqilabi xarakterli deyil. Büdcə strukturunda hər hansı dəyişiklik yoxdur”.
Azvision.az xəbər verir ki, bunu “Joxovurd” nəşrinə parlamentin “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Mikael Melkumyan deyib.

Onun sözlərinə görə, 2018-ci ilin yanvar-iyun aylarında birbaşa xarici sərmayə 38 milyard dram, 2019-cu ilin yanvar-iyun aylarında isə 7,8 milyard dram təşkil edib. Bu rəqəmlər isə iqtisadi artımın təmin edilə biləcəyinə əsas vermir:

"İstənilən səviyyədə iqtisadi inkişafa nail olmaqdan çox uzağıq".

Qeyd edək ki, ötən gün Ermənistan parlamentində baş nazir Nikol Paşinyanın iştirakı ilə 2020-ci il dövlət büdcəsi layihəsi ilə bağlı dinləmələr keçirilib. Paşinyan büdcə layihəsini "inqilabi" adlandırb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti