Bağdadinin meyitinin qalıqları İraqa aparılıb

 Bağdadinin meyitinin qalıqları İraqa aparılıb
  29 Oktyabr 2019    Oxunub:2241
İŞİD terror qruplaşmasının məhv edilən lideri Əbu Bəkr əl-Bağdadinin meyitinin qalıqları İraqa aparılıb.

Azvision.az xəbər verir ki, bu barədə “Al Sumariya” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Bağdadinin qalıqları İraqın Ənbar vilayətindəki ABŞ əsgərlərinin yerləşdiyi Ayn əl-Əsəd hərbi bazasına gətirilib və onun İraqda dəfn olunacağını istisna edilmir.
Daha əvvəl CNN əl-Bağdadinin qalıqlarının dənizə atılacağı barədə iddia irəli sürmüşdü.

Xatırladaq ki, oktyabrın 27-də ABŞ Prezidenti Donald Tramp Suriyanın İdlib əyalətində həyata keçirilən xüsusi əməliyyat zamanı əl-Bağdadinin məhv edildiyini bildirib. Tramp əməliyyata kömək etdiyi üçün Rusiya, İraq, Suriya və Türkiyəyə təşəkkür edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İŞİD   Bağdadi  





Xəbər lenti