Bu il Azərbaycana 30 minə yaxın britaniyalı turist gəlib

  Bu il Azərbaycana 30 minə yaxın britaniyalı turist gəlib
  28 Oktyabr 2019    Oxunub:1909
Oktyabrın 28-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşündə iki ölkə arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.
Azvision.az xəbər verir ki, görüşdə, həmçinin Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp da iştirak edib.

Görüş zamanı iki ölkə arasında viza məsələləri, onun asanlaşdırılması, təcrübə mübadiləsi, qış turizmi üzrə mövcud potensialın qiymətləndirilməsi və s. mövzular müzakirələr edilib.

Qeyd edilib ki, Azərbaycan xarici vətəndaşların səyahət etmələri və vaxtlarını əyləncəli keçirmələri üçün təhlükəsiz ölkələrdən biridir.



Agentlik sədri Fuad Nağıyev bu ilin fevral ayında qonaqlarla baş tutan görüşü xatırladaraq o zamandan bu günədək Agentliyin fəaliyyətindəki yeniliklərdən və ölkədə turizmin inkişafına verilən töhfələrdən söhbət açıb.

O qeyd edib ki, bu il Azərbaycan 4-6 noyabrda Londonda keçiriləcək Dünya Səyahət Bazarı sərgisində (“World Travel Market-2019”) daha geniş heyətlə təmsil olunacaq.

Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən böyük britaniyalı turistlərin sayı 29304 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 26.79 % artım deməkdir.

Azvision.az



Teqlər: britaniyalıturistl   Azərbaycan   Agentlik  





Xəbər lenti