Daha 11 rayonda səyyar gübrə satışı keçiriləcək

Daha 11 rayonda səyyar gübrə satışı keçiriləcək
  28 Oktyabr 2019    Oxunub:2157
Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az -a verilən məlumata görə, mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı Ağcabədi, Füzuli, Beyləqan, Saatlı, Sabirabad, Neftçala, Salyan, Qazax, Ağstafa, Tovuz və Samux rayonlarında təşkil ediləcək.

Səyyar satışlar oktyabrın 29-da Ağcabədinin Kəbrli və Saatlının Bəylər kəndlərində, oktyabrın 30-da Ağcabədinin Aşağı Təzəkənd, Sabirabadın Çölbeştəli və Qazaxın Çaylı kəndlərində, oktyabrın 31-də Füzulinin Qayıdış qəsəbəsində, Sabirabadın Muğan Gəncəli və Ağstafanın Qırlı kəndlərində, noyabrın 1-də Beyləqanın Mayak, Neftçalanın Xəzər və Tovuzun Xatınlı kəndlərində, noyabrın 2-də Beyləqanın Yuxarı Aran, Salyanın
Yenikənd və Samuxun Qarayeri kəndlərində baş tutacaq.

Həmçinin ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrəsinə müraciət etmək lazımdır.

Azvision.az


Teqlər: KTN   Gübrə   Satış  





Xəbər lenti