“Boeing 738” təyyarəsi azərbaycanlı sərnişinə görə təcili eniş etdi

“Boeing 738” təyyarəsi azərbaycanlı sərnişinə görə təcili eniş etdi
  28 Oktyabr 2019    Oxunub:4923
Novosibirsk-Moskva marşrutu üzrə uçuş həyata keçirən "Boeing-738" tipli təyyarə “Bolşoye Savino“ hava limanında azərbaycanlı sərnişinə görə təcili eniş edib.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb 62 yaşlı Azərbaycan vətəndaşının səhhətinin pisləşməsi olub.

Pilotlar təcili olaraq təyyarəni Perm şəhərinə endiriblər. Hava limanında sərnişinə həkimlər lazım olan yardımı göstəriblər, onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac qalmayıb.

Təyyarə bir saat sonra, gecə yarısı Moskvaya uçub.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Təyyarə   Moskva  





Xəbər lenti