ABŞ Yaroşenkonu Rusiyaya verməkdən imtina edib

 ABŞ Yaroşenkonu Rusiyaya verməkdən imtina edib
  28 Oktyabr 2019    Oxunub:1902
Vaşinqton pilot Konstantin Yaroşenkonun cəzasını çəkmək üçün Rusiyaya təhvil verilməsi ilə bağlı müraciəti rədd edib.

Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın "İzvestiya" qəzeti məlumat yayıb. Bildirilib ki, ittihamın ciddiliyi və cinayətin ağırlığı nəzərə alınaraq müraciətə "yox" cavabı verilib.
“Mən hələ də məktuba imtina cavabı gəldiyinə inana bilmirəm. Butinanın ABŞ-da həbsdən azad edilib, Rusiyaya qayıtması məni ümidləndirdi”, - deyə pilot bildirib.

O, əmindir ki, evinə qayıtması üçün Moskva səylərini davam etdirəcək.

Qeyd edək ki, Konstantin Yaroşenko Liberiyada narkotik qaçaqmalçılığı ittihamı ilə 2010-cu ildə həbs olunub. Pilot ABŞ-a külli miqdarda narkotik vasitə keçirməkdə ittiham olunaraq 20 il həbs cəzası alıb.

2016-cı ilin aprelində Nyu-York Apelyasiya Məhkəməsi və Ali Məhkəmə onun cəzasına yenidən baxılmasına dair müraciətləri rədd edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Pİlot   Rusiya  





Xəbər lenti