BDU-da Heydər Əliyev anıldı

BDU-da Heydər Əliyev anıldı
  12 Dekabr 2013    Oxunub:1100
Bakı Dövlət Universitetində (BDU) ulu öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən AzVision.az-a verilən məlumata görə, tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Universitetin rektoru, akademik Abel Məhərrəmov ulu öndərin elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərdən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından danışıb.

Sonra universitetin kafedra müdirləri, professorlar Ziyafət Əsgərov, Məzahir Pənahov və Cahangir Məmmədli çıxış ediblər.

Sonda universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Şiriyevin ssenarisi esasında Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilib.




Teqlər:





Xəbər lenti