İrandan narkotik gətirən şəxs saxlanılıb

İrandan narkotik gətirən şəxs saxlanılıb
  28 Oktyabr 2019    Oxunub:1245
Sərhədçilər İrandan Azərbaycana narkotik gətirən şəxsi saxlayıb.
Dövlət Sərhəd Xidmətindən (DSX) Azvision.az -a verilən məlumata görə, 17 oktyabr tarixində “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azər­bay­can Respublikasına gələn 1989-cu il təvəllüdlü Kişizadə Qabil Mirəhməd oğlunun üzərinə sərhəd və gömrük baxış keçirilərkən 97 qram narkotik vasitə aşkar olunaraq götürül­üb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azvision.az



Teqlər: DSX   Narkotik  





Xəbər lenti