Ərdoğan Bağdadinin öldürülməsinə münasibət bildirdi

Ərdoğan Bağdadinin öldürülməsinə münasibət bildirdi
  28 Oktyabr 2019    Oxunub:2098
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsinə münasibət bildirib.
Azvision.az xəbər verir ki, bu barədə Ərdoğan "Twitter" hesabında paylaşım edib.

"Bağdadinin öldürülməsi terrorizmlə mübarizədə dönüş nöqtəsidir. Bunu məmnuniyyətlə dəstəkləyirik" - deyə Ərdoğan yazıb.



Qeyd edək ki, İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadi dünən gecə saatlarında ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib.

Azvision.az


Teqlər: Ərdoğan   İŞİD   Türkiyə  





Xəbər lenti