“Report”un 5 yaşı tamam oldu

“Report”un 5 yaşı tamam oldu
  27 Oktyabr 2019    Oxunub:2282
“Report” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 5 il ötür.
Azvision.az xəbər verir ki, Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən “Report” ötən 5 il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

Agentlik fəaliyyəti dövründə özünü digər mətbuat orqanları üçün etibarlı xəbər mənbəyi kimi təsdiqləyib. “Report”un xəbərlərini ölkədə fəaliyyət göstərən informasiya resursları, o cümlədən televiziya, radio, qəzet və xəbər saytları yayımlayır. Saytın rus və ingilis dillərində olan versiyalarında Azərbaycanla bağlı dərc olunan xəbərlər nüfuzlu beynəlxalq KİV-lərin də diqqət mərkəzində olub.

Bu əlamətdar günlə əlaqədar Azvision.az -ın kollektivi adından “Report”da çalışan həmkarlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.


Teqlər: Report   Agentlik   Xəbər  





Xəbər lenti