Azərbaycan-Tanzaniya əlaqələri müzakirə olunub

  26 Oktyabr 2019    Oxunub : 768
Azərbaycan-Tanzaniya əlaqələri müzakirə olunub
Oktyabrın 26-da Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov Tanzaniyanın Baş Naziri Kassim Majaliva ilə görüşüb.
Azvision.az xəbər verir ki, görüşdə Əli Əhmədov Baş Nazir Kassim Majalivanın Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə iştirakının önəmini qeyd edib. Baş Nazirin müavini əminliyini bildirib ki, Qoşulmama Hərəkatının Azərbaycanın sədrliyi ilə bundan sonrakı fəaliyyəti üzv ölkələr arasında əməkdaşlığın inkişafına mühüm təsir göstərəcək.

Tanzaniyanın Baş Naziri Kassim Majaliva Azərbaycanı Qoşulmama Hərəkatına sədrlik etməsi münasibətilə təbrik edib. Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyini deyən Baş Nazir göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Baş Nazir deyib ki, Azərbaycanın bu cür mötəbər tədbirə ev sahibliyi etməsi təqdirəlayiqdir. O, Qoşulmama Hərəkatına üzv ölkələr arasında əməkdaşlığın daha da genişlənəcəyinə inandığını söyləyib.

Görüşdə Azərbaycan ilə Tanzaniya arasında əlaqələrin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.

Azvision.az

Teqlər: Əli-Əhmədov   Tanzaniya