İrandan Azərbaycana narkotik keçirmək istədi

İrandan Azərbaycana narkotik keçirmək istədi
  26 Oktyabr 2019    Oxunub:1444
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, şifahi sorğu-sual zamanı üzərində gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib.

Şəxsi yoxlama zamanı onun üzərindən, gömrük nəzarətindən gizlədilən 3 ədəd bükümdə çəkisi 52 qram olan psixotrop maddə - metamfetamin, 154 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin və çəkisi 6 qram olan tünd qəhvəyi rəngli narkotik vasitə - tiryək aşkarlanıb.

Daha sonra vətəndaşın idarə etdiyi "Hyundaı Elantra" markalı nəqliyyat vasitəsinə gömrük baxış keçirilib. Yoxlama zamanı avtomobilin salonunda bir ədəd bükümdə təqribi çəkisi 0,5 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Gömrük   Narkotik   DGK  





Xəbər lenti