Paşinyan hüquq-mühafizə orqanlarına rahatlıq vermir

Paşinyan hüquq-mühafizə orqanlarına rahatlıq vermir
  26 Oktyabr 2019    Oxunub:5314
Ermənistanın hüquq-mühafizə orqanları rəhbərlərinin baş nazir Nikol Paşinyandan narazılıqları artmaqdadır.
Azvision.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb. Nəşrin məlumatına görə, Paşinyan həmin şəxslərə rahatlıq vermir:

“O, təhlükəsizlik qüvvələrinin rəhbərlərinə hətta gecə yarısından sonra - saat 3-də, 4-ə zəng vurub, göstərişlər verir. Vacib bir məsələni o anda xatırladığını deyir. Yaxud da bəzən yalnız bir işin taleyi haqqında maraqlanır”, - deyə məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti