Hulusi Akar Soçi razılaşması barədə danışıb

Hulusi Akar Soçi razılaşması barədə danışıb
  26 Oktyabr 2019    Oxunub:2213
Türkiyə ilə Rusiya arasında Suriyaya dair əldə edilmiş Soçi razılaşması normal və planlaşdırıldığı kimi gedir.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli müdafiə naziri Hulusi Akar bildirib. Onun sözlərinə görə, 150 saatlıq müddət 29 oktyabr saat 18.00-da sona çatacaq:

“O zamana qədər hadisələri yaxından izləyirik. Bundan sonra vəziyyəti yenidən qiymətləndirib, lazım olanları edəcəyik".

Akar “Barış pınarı” əməliyyatı ilə bağlı yayılmış bəzi məlumatlara da aydınlıq gətirib. Nazir qeyd edib ki, etnik təmizlənmə, insan haqlarının pozulması, kimyəvi silah istifadə edilməsi kimi yayılan xəbərlərin həqiqətlə heç bir əlaqəsi yoxdur: “Bütün bunlardan söhbət belə gedə bilməz. Bu cür məlumatların yayılması qeyri-əxlaqidir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Rusiya   Soçi   Suriya  





Xəbər lenti