ABŞ Kubaya uçuşları qadağan etdi

 ABŞ Kubaya uçuşları qadağan etdi
  26 Oktyabr 2019    Oxunub:1877
ABŞ rəhbərliyi paytaxt Havana xaricində Kubaya bütün uçuşları qadağan edib.
Azvision.az xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo uçuş qadağası ilə əlaqədar “Twitter”də paylaşım edib.

O, ABŞ Nəqliyyat Nazirliyinə Kubadakı “Xose Marti” hava limanından başqa digər hava limanlarına edilən bütün uçuşların dayandırılmasına göstəriş verildiyini yazıb.

"Bu, öz xalqına əziyyət verən, Venesuela prezidenti Nikolas Maduroya dəstək verən Kuba rəhbərliyinə iqtisadi cəhətdən bir təzyiq siyasətidir”, - deyə Pompeo vurğulayıb.

Havana xaricindəki şəhərlərə uçuşlar həyata keçirən “American Airlines” və “JetBlue” aviaşirkətləri isə indi yalnız “Xose Marti” hava limanından istifadə edəcəklər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Kuba   Qadağa   Uçuş  





Xəbər lenti