Müdafiə naziri NATO-nun toplantısında iştirak edib - FOTO

   Müdafiə naziri NATO-nun toplantısında iştirak edib -  FOTO
  25 Oktyabr 2019    Oxunub:1804
Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 25-də Brüssel şəhərində NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində təşkil edilən toplantısında iştirak edib.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər, missiyanın gələcəyi və bir sıra digər məsələlər müzakirə olunub.





Azvision.az



Teqlər: NATO   Toplantı   Zakir-Həsənov  





Xəbər lenti