Putin Bakıya məktub göndərdi

 Putin Bakıya məktub göndərdi
  25 Oktyabr 2019    Oxunub:4224
Rusiya Prezidenti Vladimir Putin Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşünün iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat yer alıb.

Təbrikdə deyilir ki, Rusiya ədalətli və çoxqütblü dünya nizamının qurulmasını, hamı tərəfindən qəbul edilmiş hüquqi normalara əsaslanan bərabərhüquqlu beynəlxalq dialoq və əməkdaşlığın inkişafı, eləcə də tərəfdaşların qanuni maraqları nəzərə alınmaqla Qoşulmama Hərəkatının səylərini ardıcıl olaraq dəstəkləyir.

"Sammit çətin beynəlxalq şəraitdə, dünyanın bəzi bölgələrində silahlı qarşıdurmaların gücləndiyinin müşahidə olunduğu, bir çox problemlərin, o cümlədən yoxsulluq və aclığa qarşı mübarizənin çətinləşdiyi bir vaxtda keçirilir", -- deyə Putin vurğulayıb.

Bundan əlavə, Putin Rusiya Federasiyası ilə Qoşulmama Hərəkatı arasında qarşılıqlı əlaqələrin daha da genişlənməsinin regional və qlobal səviyyədə təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Putin   Məktub  





Xəbər lenti