“Azərbaycan bir sıra ölkələrin enerji təchizatçısıdır”

“Azərbaycan bir sıra ölkələrin enerji təchizatçısıdır”
  25 Oktyabr 2019    Oxunub:1403
"Azərbaycanda enerji təhlükəsizliyi təmin edilib. Yenə də Davos Ümumdünya İqtisadi Forumunun hesabatına istinad edərək deməliyəm ki, elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Azərbaycan, eyni zamanda, bir sıra ölkələrin enerji təchizatçısıdır".
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Asiya və Avropa qitələri arasında körpü rolu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır:

"Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm layihələr - Cənub-Qərb və Şimal-Qərb layihələri üzərində çalışırıq. Beləliklə, Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa öz dəyərli töhfəsini verir. İqlim dəyişikliyi qlobal təhlükədir. Azərbaycan onun fəsadlarına qarşı mübarizə üzrə beynəlxalq səyləri dəstəkləyir. Azərbaycan Paris Sazişini ratifikasiya etmiş, baza ili – 1990-cı illə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb. Elektrik enerjisinin istehsalı üçün Azərbaycanda ancaq ekoloji təmiz qaz və su elektrik stansiyalarından istifadə olunur".

Azvision.az


Teqlər: Prezident   İlhamƏliyev  





Xəbər lenti