“Yollarda hələki ölüm halı yoxdur” –DYP rəsmisi

  12 Dekabr 2013    Oxunub : 735
“Yollarda hələki ölüm halı yoxdur” –DYP rəsmisi
“Qarlı-şaxtalı hava şəraiti ilə bağlı yol polisləri gücləndirilmiş iş rejimində çalışırlar. Hazırda ölkə yollarında ciddi problemlər yoxdur”.
Bunu AzVision.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib.

DYP rəsmisi qarşı hava şəraiti ilə bağlı yollarda nəzarətin gücləndirildiyi deyib.

“Yalnız Muğanlı-İsmayıllıQuba-Qusar yollarının bəzi hissələrində buzlaşma müşahidə olunur. Yol istismar idarələri və yol polisi həmin ərazilərdə vəziyyəti nəzarətdə saxlayır. Yollara duz-qum tökülməsi işləri həyata keçirilir. Qalan yollarda nəqliyyatın hərəkəti normaldır” .

K.Əliyev həmçinin səhər saatlarından indiyənə kimi hər hansı bir avtoqəzanın baş verməsi ilə bağlı idarəyə məlumat daxil olmadığını deyib : “Hələ ciddi ölümlə və xəsarətlə nəticələnən yol qəzalarının baş verməsi ilə bağlı məlumat yoxdur”.

Nihadə Eyyubova

Teqlər: