Əli Kərimlinin sürücüsü narkotik satdığını etiraf etdi - VİDEO

  24 Oktyabr 2019    Oxunub : 5326
 Əli Kərimlinin sürücüsü narkotik satdığını etiraf etdi - VİDEO
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nizami rayon Təşkilatının sədri və partiya sədri Əli Kərimlinin sürücüsü Paşa Umudov istintaqa narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.
Azvision.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, 2013-cü ildən AXCP-yə üzv olduğunu bildirən Paşa Umudov deyib ki, 2014-cü ildən AXCP Nizami rayon Təşkilatının sədri olub.




O bildirib ki, 2014-cü ilin sonlarından etibarən Əli Kərimlinin sürücüsü kimi çalışıb: “Təxminən 5 ildir ki, marixuana istifadəçisiyəm. 15 oktyabrda yaşadığım əraziyə yaxın bir yerdə polis əməkdaşları məni saxlayıb. Vəkilin iştirakı ilə üstümə baxış keçirilib və bununla bağlı çəkiliş aparılıb. Üstümdən 3 büküm qurudulmuş marixuana aşkarlanıb”.

İş üzrə saxlanılan Heydərov Bayram Müseyib oğlu bildirib ki, 2-3 ildir narkotik istifadəçisidir. O, bir neçə dəfə pul müqabilində Paşa Umudovdan narkotik aldığı deyib.

Narkotik istifadəçisi olan Quliyev Rauf Akif oğlu isə qeyd edib ki, 4-5 ay öncə Xətai rayonunda Paşa Umudov ona marixuana gətirib və onlar bunu birlikdə istifadə ediblər.

Hazırda Köhnə Günəşli qəsəbəsində yaşadığını deyən Məmmədov Mais Söhrab oğlu deyib ki, narkotik vasitəni Paşa Umudovdan alıb və istifadə edib.

Azvision.az

Teqlər: AXCP   Əli-Kərimli   Sürücü   Həbs   Narkotik