Xəzərin sahili sintetik torlardan təmizlənir

Xəzərin sahili sintetik torlardan təmizlənir
  24 Oktyabr 2019    Oxunub:1639
Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd Xəzər dənizinin Ələt qəsəbəsi sahilində keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, 11 saylı Regional Ekologiya və Su Nəqliyyatında Polis idarələrinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı dənizin Ələt qəsəbəsi sahili qadağan olunmuş ov vasitələrindən və sintetik torlardan təmizlənib.

Xəzər dənizinin digər sahillərində reydlər davam etdirilir.

Azvision.az


Teqlər: Xəzər   Dəniz   ETSN  





Xəbər lenti