Piyadanı vurub qaçan sürücü saxlanılıb

Piyadanı vurub qaçan sürücü saxlanılıb
  24 Oktyabr 2019    Oxunub:1625
Oktyabrın 22-də saat 13 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini G.Kazımova vurulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Ford” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini R.Yusifova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Piyada   DİN  





Xəbər lenti