Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv edib

 Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv edib
  24 Oktyabr 2019    Oxunub:2050
ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.

"Maliyyə naziri Stiven Mnuçinə göstəriş verdim ki, Türkiyəyə qarşı oktyabrın 14-dən tətbiq edilən bütün sanksiyaları ləğv etsin", - deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ Türkiyəyə Suriyanın şimalında başlatdığı "Barış Pınarı" əməliyyatı ilə əlaqədar sanksiyalar tətbiq etmişdi. Tərəflər arasında danışıqlardan sonra əməliyyatların dayandırılmasına qərar verilib.

Azvision.az



Teqlər: Tramp   Sanksiya  





Xəbər lenti