“Xəzər bağları”nda yayılan qoxunun səbəbi məlum oldu

“Xəzər bağları”nda yayılan qoxunun səbəbi məlum oldu
  23 Oktyabr 2019    Oxunub:1741
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhərinin “Xəzər bağları” massivində ətrafa iy-qoxunun yayılması ilə bağlı şikayət daxil olub. Nazirliyin əməkdaşları şikayəti yerində araşdırıblar.
Azvision.az -ın məlumatına görə, Nazirliyin 4 saylı Regional Ekologiya İdarəsinin rəisi Mübariz Vəliyev bildirib ki, araşdırma zamanı iy-qoxunun “Xəzər bağları” massivi ilə Xəzər dənizi arasındakı qamışlıq sahədə səhər saatlarında baş verən yanğın nəticəsində ətrafa yayıldığı məlum olub.

Yanğının hansı səbəbdən baş verdiyi aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Azvision.az



Teqlər: ETSN   Xəzər-Bağları  





Xəbər lenti