"Məsuliyyətimi tam şəkildə dərk edirəm" - Mikayıl Cabbarov

  23 Oktyabr 2019    Oxunub : 1356
 "Məsuliyyətimi tam şəkildə dərk edirəm" - Mikayıl Cabbarov
"Möhtərəm cənab Prezident, Sizə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, göstərdiyiniz etimada görə təşəkkür edirəm. Məsuliyyətimi tam şəkildə dərk edirəm. Sizin rəhbərliyinizlə indiyə qədər gördüyümüz işlərdə əldə etdiyimiz nailiyyətlər Sizin dəstəyinizin, həmkarlarımın gərgin işinin nəticəsidir. Olan çatışmazlıqlar isə mənim üzərimə düşən məsuliyyətdir".
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin qəbulunda olarkən yeni İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir göstərilən etimada görə prezidentə təşəkkür edib: "Fəaliyyətimizə verdiyiniz qiymət mənim üçün ən böyük şərəfdir. Sizin rəhbərliyinizlə, həmkar nazirlik və dövlət təsisatlarımızla birlikdə biz ölkəmizin dayanıqlı və davamlı inkişafının, iqtisadi inkişafının təmin edilməsi üçün Sizin tapşırdığınız prinsiplər əsas götürülməklə fəaliyyət göstərəcəyik. Söz verirəm ki, bu məqsədlər üçün səylərimi əsirgəməyəcəyəm. İqtisadiyyatımızın rəqabətliliyini daim artırmağı, iqtisadi müstəqilliyimizi daim möhkəmləndirməyi, iqtisadiyyatı inkişaf etdirməyi əsas vəzifəm kimi qəbul edirəm. İnanıram ki, iqtisadiyyatı inkişaf etdirmək dövlət və vətəndaşların gəlirlərinin və imkanlarının artırılmasının yeganə yoludur. Sizin kimi siyasi liderin, möhtərəm cənab Prezident, hökumətində yer tutmaq mənim üçün ən böyük şərəfdir. Bir daha yüksək etimadınıza görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm".

Azvision.az

Teqlər: Nazir   MikayılCabbarov