Bakıda “Qlobal həftə” günləri başlayır

Bakıda “Qlobal həftə” günləri başlayır
  24 Oktyabr 2019    Oxunub:2300
Meksikada elna edilmiş “Qlobal həftə” (#SemanaGlobal) çərçivəsində Bakıda bir sıra tədbirlər keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bildirib.

Onun sözlərinə görə, “Qlobal həftə” çərçivəsində səfirlik oktyabrın 24-də Meksika istehsalı olan “Ölülər günü” və ya “Selmanın böyük arzusu” cizgi filminin premyerasını təşkil edəcək.

Nümayiş Volgafilm və Park Cinema ilə əməkdaşlıq əsasında keçiriləcək. Cizgi filmi Meksika adətlərinin bir qızcığaza arzusuna çatmağa necə kömək etməyini göstərir.

“Ölülər günü”nün qeyd olunmasına dair Meksika ənənəsini isə azərbaycanlılar artıq bilir. Bu il “Ölülər günü”nün qeyd olunması “Qlobal həftə” çərçivəsində həyata keçiriləcək.

Həmçinin, “Milli Mətbəx həftəsi” də təşkil ediləcək. Belə ki, 28 oktyabr - 3 noyabr tarixlərində Landmark otelində meksikalı aşpaz Meksikanın kulinariya zənginliyini yaymaq üçün ənənəvi məhsullarla milli təamları təqdim edəcək. Azərbaycanlıların YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi sayılmış Meksika mətbəxindən zövq almaq imkanı olacaq.

“Qlobal həftə”nin son tədbiri isə Gənclik metro stansiyasında “Frida və Dieqo. Yolun yarısında bir təbəssüm” adlı foto sərgidir.

Beləliklə, noyabr ayında minlərlə metro istifadəçiləri Meksikanın iki görkəmli rəssamı – Dieqo Rivera və Frida Kalonun – yaradıcılıq və gündəlik həyatını əks etdirən foto-şəkilləri seyr edə biləcəklər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti