Sabah Şəkidə qaz olmayacaq
Bildirilib ki, oktyabrın 23-də 2019-cu ilin tədbirlər planına əsəsən, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ilə Şərbablar küçəsinin kəsişməsində yeni çəkilmiş diametri 108 və 89 millimetr olan orta təzyiqli qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri icra olunacaq. Bununla bağlı olaraq səhər saat 09:00-dan etibarən işlər başa çatanadək Şəki şəhərində bir qrup abonentin qaz təchizatında fasilələr olacaq.
Azvision.az