Dərəyə düşən kişinin meyiti tapılıb

  22 Oktyabr 2019    Oxunub : 726
Dərəyə düşən kişinin meyiti tapılıb
Qusar rayonunun Quxur kəndi ərazisində mürrəkkəb relyefli yüksək dağ massivində aparılan axtarış-əməliyyat tədbirləri başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 1987-ci il təvəllüdlü Sərxanov Sərxan Sahib oğlunun meyiti Şimal Regional Mərkəzinin xilasediciləri tərəfindən çətinkeçilən ərazidən çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, oktyabrın 21-də Qusar rayonunun Buğur kəndi ərazisində S. Sərxanov hündürlükdən yıxılaraq dərəyə düşüb.

Azvision.az

Teqlər: FHN   Dərə