Biləsuvarda maşın qaçıran şəxs saxlanılıb

Biləsuvarda maşın qaçıran şəxs saxlanılıb
  22 Oktyabr 2019    Oxunub:1380
Biləsuvar Rayon Polis Şöbəsinə müraciət edən Muğankənd kənd sakini A.Cəfərov oktyabrın 21-də şəhər ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırılmasını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Biləsuvar şəhər sakini T.Rüstəmov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti